Adam Federiçin azarkeşlərdən üzr istədi
İngiltərə kubokunun (FA Cup) yarımfinal oyununda “Arsenal”a 2:1 hesabı ilə məğlub olan “Ridinq”in qapıçısı Adam Federiçin ətrafında söz-söhbətlər yaranıb.
Sportal.az xəbər verir ki, qolkiperin “topçular”la oyunda bilərəkdən qol buraxdığı iddia edilir. Əsas da klub rəhbərliyi qapıçının ikinci qolda aciz qalmasından şübhələnir.
“Ridinq” mərhələni keçəcəyi halda mayın 30-da həlledici görüşdə “Aston Villa” ilə üz-üzə gələcəkdi. Məhz həmin tarixlə Adamın evlilik vaxtının eyni günə təsadüf etməsi klub rıəhbərluiyində maraqlı fikirlər yaradıb.
Xatırladaq ki, qapıçı oyundan sonra buraxdığı topa görə azarkeşlərdən “twitter” vasitəsilə üzr istəmişdi.
saytlarin hazirlanmasi