"Neftçi" Milli qəhrəmanın adını daşıyan məktəbi ziyarət etdi VİDEO
19:19 - 24 Aprel 2015
Məktəblilərə azarkeş formaları və şərflər hədiyyə olunub
Bu gün Milli qəhrəman Yuri Kovalyovun adını daşıyan 229 saylı orta məktəbdə görüş olub.
Sportal.az xəbər verir ki, “Qarabağ” klubu ilə oyun ərəfəsində baş tutmuş tədbirdə Milli qəhrəman Yuri Kovalyovun qardaşı – əvəzedici komandamızın qapıçılarla işləyən məşqçisi Vitali Kovalyov, “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov, futbolçular Aqil Məmmədov, Kaue da Silva, eləcə də klubun digər rəsmi şəxsləri iştirak ediblər. Görüşdə məktəblilərə azarkeş formaları və şərflər hədiyyə olunub.