"Fənərbaxça"nın ofisinə basqın FOTOLAR

00:44 - 25 Aprel 2015

Klubun Ankaradakı filialı darmadağın olundu
 
“Çaykur Rizəspor”la oyundan sonra hava limanına yollanan "Fənərbaxça”nın avtobusuna silahlı basqın zamanı sürücü yaralanmışdı.
 
Sportal.az xəbər verir ki, bu dəfə cinayətkar qrupu İstanbul klubunun Ankaradakı filialıni darmadağın edib.
 
Ofisin şüşələrini sındıraraq içəri daxil olan xuliqanlar kompyuterləri sıradan çıxarıb və digər məişət əşyalarını da qırıblar. Mühafizə orqanları dərhəl əməliyyata başlayaraq klubun ofisinə basqın edən şəxlərin kimliyini araşdırır.  
 
    

Xəbər xətti