"Srvena Zvezda” və “Partizan” komandalarının qarşıdurması dünyada ən böyük derbilərindən biri sayılır.
Sportal.az xəbər verir ki, Serbiya çempionatında 24-cü turun derbi matçı qalmaqalsız ötüşməyib. “Rayko Mitiç” arenasında baş tutan 148-ci derbiöncəsi tərəfdarlar arasında qarşıdurma baş verib.
Hadisələrin qarşısını almağa çalışan polis əməkdaşlarından 35 nəfəri toqquşmada müxtəlif xəsarətlər alıb. Mühafizə dəstəsindən yaralanan bir polis əməkdaşı isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Məhz bu olayın nəticəsində “Srvena Zvezda” – “Partizan” komandalar arasında qarşılaşma 40 dəqiqə gec başlayıb.
Qeyd edək ki, 90 dəqiqəlik mübarizədə qapalara yol tapmayan tərəflər meydandan qolsuz ayrılıblar.