AZAL ciddi itki ilə üzləşdi

18:24 - 26 Aprel 2015

Kasradze cəzalı duruma düşdü
 
Premyer Liqanın XXXII turunda istirahət edəcək AZAL bir neçə gündən sonra XXXIII tur üçün "Bakı" ilə oyunun hazılıqlarına start verəcəklər.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər" sözügedən matçda daha bir əsas heyət üzvünün xidmətindən yararlana bilməyəcək. Belə ki, "İnter"lə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən gürcü müdafiəçi Laşa Kasradze "Bakı"ilə oyunda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, "Bakı" - AZAL oyunu mayın 9-da baş tutacaq.

Xəbər xətti