"Everton"un futbolçusu ittiham olunur

20:45 - 26 Aprel 2015

Aaaron Lennon 18 yaşlı qıza təcavüz edib  
 
“Sanderlend”ın aparıcı üzvü Adam Consonun yeniyetmə qıza təcavüzün ardından İngiltərə futbolunda daha bir qalmaqal yaşanıb.
 
Sportal.az xəbər verir ki, “Everton”un yarımmüdfiəçisi Aaron Lennon aprelin 5-də Mançesterdə gecə klubların birində 18 yaşlı qıza təzyiq göstərib.
 
Həmin hadisədən sonra 28 yaşlı ingiltərəli futbolçu mühafizə orqanlarına olayla bağlı ifadə verməli olub. Mühafizə orqanları araşdırma apardıqdan sonra futbolçunun günahı olub-olmadığı məsləsinə aydınlıq gələcək. 

Xəbər xətti