Braziliyalı futbolçudan yenə "Yaşasın Azərbaycan" şüarı, erməni futbolçu sevincini bölüşdü VİDEO

14:13 - 27 Aprel 2015

Futbolçudan qürurverici addım

 

İran çempionatının 27-ci turu çərçivəsində keçirilən "Paykan" - "Traktor Sazi" (0:2) matçda qonaq komandanın futbolçusu Lusiano Edinyo yenidən diqqət mərkəzinə düşüb.

 

Sportal.az xəbər verir ki, görüşün 80-cı dəqiqəsində penaltidən fərqlənməklə komandasının qələbəsində pay sahibi olan Edinyo formasının altında qeyd olunan "Yaşasın Azərbaycan" şüarı ilə bütün diqqətləri öz üzərinə çəkməyi bacarıb. Edinyo ilə qol sevincini bölüşənlər arasında  "Traktor Sazi"nin erməni əsilli futbolçusu Andranik Teymurian da olub. 

 

Qeyd edək ki, bu Edinyonun ilk belə hərəkəti deyil. O, daha öncə də vurduğu qoldan sonra "Yaşasın Azərbaycan" şüarını nümayiş etdirib.

 

Xəbər xətti