"Neftçi"nin hücumçusu komanda ilə məşqlərə başladı

00:47 - 28 Aprel 2015

Rauf Əliyev tam sağalıb
 
Suçiçəyi xəstəliyinə yoluxduğu üçün Premyer Liqanın son 4 oyununu, eləcə də Azərbaycan Kubokunun yarımfinal matçlarını buraxan Rauf Əliyevin səhhəti yaxşılaşıb.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu, nəhayət ki, məşqlərə başlayıb.
 
Bir neçə gün idi ki, fərdi şəkildə hazırlıq keçən milli komandamızın üzvü artıq kollektivə qoşulub.O, Premyer Liqanın XXXII turu çərçivəsində mayın 1-də “Sumqayıt”a qarşı keçiriləcək görüşdə məşqçilər korpusunun ixtiyarında olacaq.

Xəbər xətti