"Neftçi"dən İntizam Komitəsinin qərarına münasibət

15:41 - 28 Aprel 2015

"Bu qərara hörmətlə yanaşırıq"
 
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Karlos Kardoso idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Adıçəklilən futbolçu İntizam Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə iki oyunu şərti cəza olmaqla 3 oyun cəzalandırılmışdır. Lakin futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza  avtomatik olaraq qüvvəyə minib. Beləliklə, Kardoso qarşıdakı 3 oyunda komandasına kömək edə bilməyəcək.
 
Şərti cəzanın qüvvəyə minməsi ilə bağlı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a açıqlamasında münasibət bildirib:
 
"İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq. Kardoso qarşıdakı 3 oyunu buraxacaq, yalnız mövsümün son turunda AZAL-la qarşılaşmada meydanda ola biləcək. Apelyasiya Komitəsinə bu qərarla bağlı müraciət edib-etməyəcəyimiz klubdaxili görüşdən sonra məlum olacaq və bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək",

Xəbər xətti