"Fənərbaxça" üçün yeni avtobus

18:38 - 28 Aprel 2015

Yeni avtobus zirehli olacaq
 
"Fənərbaxça" klubu xüsusi avtobus sifariş verib.

Sportal.az xəbər verir ,  yeni avtobusun pəncərə və bir çox digər hissələri zirehli olacaq. Nəticədə avtobusa atılan yad cisimlər salonda olanlara heç bir xəsarət yetirməyəcək.

 Bundan başqa avtobusun həm salonunda, həm də xaricində quraşdırılan kameraların sayı artırılacaq.

Qeyd  edək ki, aprelin 4-ü Türkiyə superliqasında "Rizespor"a qarşı matçdan sonra "Fənərbaxça"nın üzlərini daşıyan avtosun silahlı basqına məruz qalıb. Nəticədə avtobusun sürücüsü yaralanıb, futbolçular isə xəsarət almayıb.

Xəbər xətti