“Onların gözündə futbolçular milyonlarla dollar deməkdir”
Yanvarın 10-da avtomobil qəzasında dünyasını dəyişən “Volfsburq”un yarımmüdafiəçisi Jinyor Malandının atası oğlunun ölümündə agentini ittiham edib.
Sportal.az xəbər verir ki, mərhumun atası açıqlamasında oğlu komandada oynayarkən agent futbolçunu verdiyi vədlərlə aldadıb:
“Futbol dünyası bataqlıqdır. Mətbuat oğlumun qəzada vəfat etdiyini dəfələrlə yazıb. Onun ölümünə səbəb olaraq agenti göstərilib. Həmin agent ki, oğluma yaxşı vədlər verərək ailəsindən ayırdı.
Agentlər futbolçuya gəlir mənbəyi kimi baxırlar. Onların gözündə futbolçular milyonlarla dollar deməkdir. Ona görə də agentlər adətən gənc futbolçuların əhatəsində dolaşırlar. Onların yeganə məqsədi futbolçuların hesabına yaxşı pul qazanmaqdır”.
saytlarin hazirlanmasi