"Xəzər Lənkəran"da "Bakı" ilə matç öncəsi 4-cü itki

00:10 - 29 Aprel 2015

Hücumçu komandaya kömək edə bilməyəcək
 
Premyer Liqanın 32-ci turunda "Xəzər Lənkəran" səfərdə "Bakı"nın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, cənub klubu bu matç öncəsi hücumçu Ağabala Ramazanovu da itirib. Belə ki, forvard ötən turda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb.Bundan əlavə Rasim Ramaldanov və Elvin Mirzəzadə cəzalı, gənc müdafiəçi İlyas Səfərzadə isə zədəli olduğu üçün bu oyunda komandaya kömək edə bilməyəcək.
 
Qarşılaşma mayın 2-si saat 17:00-da start götürəcək.

Xəbər xətti