Bursada hakimləri daşa basdılar

02:30 - 29 Aprel 2015

Azarkeşlər Çüneyt Çakıra hücum etdilər
 
Türkiyə ölkə kubokunun “Bursaspor” – “Fənərbaxça” arasında ilk yarımfinal oyununa təyinat alan hakimlər briqadası hücuma məruz qalıb.
 
Sportal.az xəbər verir ki, Cüneyt Çakırın başçılıq etdiyi hakimləri arenaya aparan avtomobili bir qrup azarkeş daşa basıb.
 
Polislərin müdaxiləsi nətəcəsində fanatlar hadisə yerindən üzaqlaşıb və hakimlər stadiona salamat çatıblar. Həmin qalmaqalda yaxalanan bir neçə azarkeş isə polis məntəqəsinə aparılıb.               

Xəbər xətti