Avstriyalı futbolçu "Beşiktaş"ı bəyənmədi

20:25 - 29 Aprel 2015

Sebastian Prödi Bundesliqada qalmağı üstün tutdu 
 
“Beşiktaş” klubu yayda heyətinə qatmaq istədiyi avstriyalı futbolçudan müsbət cavab almayıb.
 
Sportal.az xəbər verir ki, Almaniyanın “Verder” klubunda forma geyinən Sebastian Prödl bremenlilərdən yeni təklif alıb.
 
Yeni müqavilədə məbləğin “Beşiktaş”ın verəcəyi puldan az olmasına baxmayaraq, müdafiəçi indiki halda Bundesliqada oynamağı üstünlük verib. Bu mövsüm “Verder”də 19 oyun keçirən futbolçu rəqib qapılarına 3 top vurub.     
 
Qeyd edık ki, bu yaxınlarda “Beşiktaş” komandası avstriyalı müdafiəçiyə 3 illik müqavilə bağlamağı təklif edib. 

Xəbər xətti