Delroy Freysi iki il yarım azadlıqdan məhrum olundu
“Vest Bromviç”, “Hal Siti” və “Bolton” klubunun sabiq hücumçusu Delroy Feysi iki il yarım azadlıqdan məhrum olunub.
Sportal.az xəbər verir ki, Birmingem məhkəməsində 35 yaşlı futbolçunun danışılmış oyunlarda əli olduğu sübuta yetirilib.
İngiltərənin aşağı liqalarında oyunların alqı-satqısını edən Delroy Feysi külli miqdarda qazanc əldə edib. Təcrübəli futbolçu məhkəmədə oyun alqı-satqısında iştirak etdiyini etiraf edib. Bu azmış kimi Feysi komanda yoldaşı Mouzes Cvaibunu da ələ verib. Sözügedn futbolçunun da danışılımış oyunlarda iştirak etdiyini üzə çıxaran məhkəmə onun barədə də həbs hökmü çıxaracaq.
saytlarin hazirlanmasi