"Neftçi"nin Müşahidə Şurasının üzvü "Çelsi"nin bazasında FOTOLAR

00:06 - 30 Aprel 2015

"Tibbi mərkəz və məşq zalı xüsusilə diqqətimizi çəkdi"
 
Hazırda İngiltərədə səfərdə olan "Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov məşhur "Çelsi" klubunun bazasında olub.
 
Sportal.az xəbər verir ki, klub rəsmisi təəsüratlarını "Neftçi"nin rəsmi saytına danışıb:
 
"İngiltərənin məşhur "Çelsi" klubunun təlim-məşq bazasına baş çəkdim. Görüşün əvvəlində bizə bazanın yaradılış fəlsəfəsi barədə məlumat verildi. Mərkəzin layihə müəllifi, ASL şirkətinin baş memarı olan Fil Osborn qonaqları əsas komandanın məskunlaşdığı yer və futbol akademiyası ilə tanış etdi. Bazada müxtəlif yaş qrupu komandalarının futbolçuları və inzibati heyət üçün hər cür şəraitin yaradıldığını gördük. Tibbi mərkəz və məşq zalı xüsusilə diqqətimizi çəkdi. Sonda isə salınmış meydançalar və bununla əlaqəli infrastrukturla bağlı məlumat verildi. Nəticə olaraq demək istərdim ki, komandanın qazandığı uğurlarda yaradılmış bu şəraitin müstəsna rolu var".
 

Xəbər xətti