"Olimpiakos"un baş məşqçisi cərimələndi
	        
	“Olimpiakos” klubunun baş məşqçisi Vitor Pereyra 9 min avro cərimlənib.
	 
	Sportal.az xəbər verir ki, buna səbəb ölkə kubokunun 1/4 final mərhələsində AEK-lə səfər matçında təcrübəli mütəxəssisin azarkeşlərə əl jestləri göstərməsdir. 
	 
	89-cu dəqiqədə Franko Xara AEK-in qapısına qol vuran zaman baş məşqçi rəqib komandanın fanatları oturduğu tribunaya əllə müxtəlif jestlər edib. Məhz məşqçinin bu hərəkətindən sonra AEK-li fanatlar satadiona axışıb və oyunun keçirilməsinə mane olub.
	 
	İntizam komitəsinin üzvləri oyunun video yazısına baxaraq Vitor Pereyranın azarkeşlərə qarşı jestlər etdiyini aşkar edib. İntizam komitəsi baş məşqçini 9 min avro cərimələnməsiylə bağlı qərar çıxarıb.
	 
	Qeyd edək ki, oyun başa çatmadığı üçün federasiya AEK-ə 3:0 hesabı ilə texniki məğlubiyyət verib.  
                      
saytlarin hazirlanmasi