"Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik"
Azərbaycan Premyer Liqasının 32-ci turunda "Neftçi" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçəyə razılaşıb.
Sportal.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov qarşılaşmaya belə şərh verib:
"Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi. Ümumilikdə götürsək maraqlı, baxımlı oyun alındı. Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz. Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydançaya çıxan futbolçular gücümüzə güc qata bilmədilər".
saytlarin hazirlanmasi