İlk fiziki qüsurlu futbolçu
Kolumbiyada fiziki qüsurlu futbolçu oyuna daxil olub.
Sportal.az xəbər verir ki, "Uniautonoma" klubun 16 yaşındakı oyunçusu Lorenzo Orellana matça daxil olaraq futbol tarixinə düşüb.
Sol qolunun dirsəkdən aşağısı olmayan Lorenzo matçın 61-ci dəqiqəsində mübarizəyə qoşulub. Baş məşqçinin Lorenzonu oyuna daxil etməsilə o, ilk qüsurlu futbolçu kimi futbol tarixinə adını yazdırıb.
Oyundan sonra mətbuata açıqlama verən əlil futbolçu baş məşqçiyə təşəkkürünü bildirib. Lorenzo ona inananların ümidini boşa çıxarmayacağına söz verib.
Qeyd edək ki, ilk dəfə rəsmi bir matçda fiziki qüsurlu futbolçu mübarizə aparıb.
saytlarin hazirlanmasi