"Sumqayıt"da "Qəbələ" ilə matç öncəsi 2 ciddi itki

14:38 - 3 May 2015

Bombardir və kapitan bu qarşılaşmanı buraxmalı olacaq
 
"Sumqayıt" iki ciddi itki ilə üzləşib.
 
Sportal.az хəbər verir ki, baş məşqçi Aqil Məmmədov Məhəmməd Qurbanovla Aleksandr Çertoqanovun хidmətindən məhrum olub.
 
Hər iki futbolçu cəzalı duruma düşüb. "Neftçi" ilə oyunun 32-ci dəqiqəsində cəzalanan Aleksandr Çertoqanov sarı vərəqə limitini doldurub. Məhəmməd Qurbanov isə "Neftçi" ilə matçın 90-cı dəqiqəsində fitdən sonra topa zərbə vurduğu üçün cəzalanaraq sarı vərəqə limitini doldurub.
 
Hər iki futbolçu Premyer Liqanın 33-cü turunda keçiriləcək "Qəbələ" oyununu buraxmalı olacaq.

Xəbər xətti