"Trabzonspor"un futbolçusu göz yaşlarını saxlaya bilmədi

03:15 - 4 May 2015

Azarkeşlərdən baş məşqçiyə etiraz      
 
Türkiyədə çempionluq yarışında əsas rəqibləri “Qalatasaray” və “Fənərbaxça”yla mübarizə aparan “Beşiktaş” hesabat turunu itkisiz qapayıb.  
 
Sportal.az xəbər verir ki, Superliqanın 29-cu turunda “Trabzonspor”la səfərdə qarşılaşan “Qara qartallar” Demba Ba və Mustafa Pektemekin qollarıyla 2:0 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmada ən maraqlı məqamlardan biri 60-cı dəqiqədə baş verib.
 
Komandasının hesabda geri olduğunu görən baş məşqçi Ərsun Yanal  Özər Hurmaçının əvəzinə meydana Oskar Kardozonu çıxarıb. Əvəzləndiyini görən Hurmaçı göz yaşlarını saxlaya bilıməyib. Meydanı tərk edən futbolçu birbaşa soyunub-geyinmə otağını yollanıb. Futbolçunun əsəbi olduğunu görən baş məşqçi Hurmacının bu hərəkətinə göz yumub. Hurmacının meydanı göz yaşlarıyla tərk etməsinə görən azarkeşlr tribunadan baş məşqçiyə etirazlarını bildiriblər.    

Xəbər xətti