"Trabzonspor" azarkeşləri komandalarına hücum çəkdilər

11:02 - 4 May 2015

Matçdan sonra gərginlik

 

Türkiyə Superliqasının 29-cu turunda keçirilən "Trabzonspor" - "Beşiktaş" (0:2) qarşılaşmasından sonra gərginlik baş verib. 

Sportal.az xəbər verir ki, Trabzon şəhərində baş tutan qarşılaşmanın başa çatmasından sonra nəticə yerli azarkeşləri hiddətləndirib. Matç boyu əsəblərini çətinliklə cilovlayan trabzonlular qarşılaşmadan sonra sevimli komandalarına hücum çəkiblər. 

 

Qeyd edək ki, stadionun VİP çıxışının qarşısında futbolçuların çıxmasını gözləyən azarkeş qrupunu polis dağıtmağa çalışıb. Bu vaxt tərəflər arasında gərginlik baş verib. İnsident zamanı halı pisləşən azarkeş xəstəxanaya çatdırılıb.

Xəbər xətti