"Anam "Torino"da oynamağıma razılıq vermədi"

17:20 - 9 May 2015

İtaliya millisinin sabiq üzvü ötən illəri xatırladı
 
İtaliya millisinin və “Yuventus” klubunun sabiq hücumçusu Alessandro Del Pyero karyerası ilə bağlı maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, Turin təmsilçisində müxtəlif titullar əldə etmiş futbolçu uşaqlıqda “Torino”da forma geyinməyə yaxın olub.
 
Peşəkar futbolçu karyerasına 1991-ci ildə “Podove”də başlayan italiyalı forvard iki ildən sonra “Yuventus”a kecib. 19 yaşında turinlilərin heyətində debüt edən futbolçu ötən illərə qayıdıb:.
 
“Vaxtı ilə Torino”nun gənclərdən ibarət komandasında oynaya bilərdim. Lakin anam “Torino”da oynamağıma razılıq vermədi. Yaşım az olduğu üçün anam icazə vermədi. Bir il sonra “Podove” klubunun futbol məktəbinə yazıldım. O vaxtdan futbol həyatımın ayrılmaz bir hissəsinə çevrildi”.

Xəbər xətti