Canər həyat yoldaşından ayrılıb?

17:45 - 9 May 2015

Futbolçunun xanımı məsələyə aydınlıq gətirdi  
 
“Fənərbaxça” klubunun aparıcı üzvü Canər Erkinin həyat yoldaşı Asenadan ayrılması ilə mətbuatda xəbərlər dolaşır.
 
Sportal.az xəbər verir ki, futbolçunun xanımı boşanmayla bağlı yayılan xəbərlərə belə münasibət bildirib:
 
“Caner  və mən belə xəbərləri oxuyanda gülürük. Axı ortada belə bir şey yoxdur. İşimlə əlaqədar oğlum Alekslə İtaliyaya 3 günlük səfər etmişdim. Həyat yoldaşım Səlçik Şahinin toyuna təkbaşına  getdiyi üçün belə söz-söhbətlər yayılıb. Açığı, həmin toyda iştirak etməyimə üzülürəm”.

Xəbər xətti