Ömürlük məhkum olunan Peterin etirafı
2012-ci ildə 8 nəfəri qətləyetirdiyinə görə hazırda ömürlük azadlıqdan məhrum olunan Peter Manqs bir neçə il bundan əvvəl İsveç millisinin üzvü Zlatan İbrahimoviçi öldürmək istəyib.
Sportal.az xəbər verir ki, həbsxanada kitab yazan cinayətkar xatirə dəftərində vaxtıyla isveçli hücumçunu qətlə yetirmək istədiyini yazıb. Peter Maqns hadisəni belə təsvir edib:
“Malmödə gəzəndə futbolçunun “Ferrari” avtomobilini dayanacaqda düzgün saxlamadığını gördüm. Onun bu hərəkəti məni qəzəbləndirdi. Əgər yanımda silah olsaydı, futbolçunu vurardım.
Lakin yenə də dözmədim və silah götürmək üçün evə qayıtdım. Lakin hadisə yerindən uzaqlaşanda nəsə səs-küy eşitdim. Artıq mən silahla ora çatanda maşın yerində yox idi. Belə başa düşdüm ki, sakinlərin təkidiylə futbolçu avtomobilini oradan götürüb”.
saytlarin hazirlanmasi