“Qalatasaray”ın sabiq futbolçusu verlişi yarımçıq tərk etdi
Türkiyənin NTV Spor kanalında yayımlanan 90+ verilişinin ekspeti “Qalatasaray”ın sabiq futbolçusu Hasan Şaşın səhhəti pisləşib.
Sportal.az xəbər verir ki, canlı yayında özünü pis hiss edən veteran futbolçunun vəziyyəti dəyişib.
Həmin anda yayına ara verən aparıcı daha sonra verlişin reklamlara ayrıldığını elan edib. Fasilədə özünə gəlməyən futbolçu verlişə davam edə bilməyəcəyini deyib. Tibbi yoxlamada sabiq futbolçunun təzyiqinin yüksək olduğu məlum olub və Hasan Şaş verlişi yarımçıq tərk edib.
saytlarin hazirlanmasi