Tim Nikotun ürəyi tutub
Belçikanın "Bershot-Vilriyk" klubunun 8 mayda IV divizionundakı oyun zamanı ürəyi tutan futbolçusu Tim Nikot dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, xəstəxanada reanimasiya şöbəsində nəzarətdə olan 23 yaşlı futbolçu bu gün vəfat edib. Onu süni koma vəziyyətindən ayıltmaq mümkün olmayıb.
Qeyd edək ki, aprelin sonlarında Belçikada "Genk"lə oyun zamanı huşunu itirən "Lokeren"in 24 yaşlı müdafiəçisi Qreqori Martens də dünyasını dəyişib.
saytlarin hazirlanmasi