"Anama hədiyyə etdiyim zinət əşyalarını qardaşım oğurlayıb satmışdı"

01:20 - 13 May 2015

Emmanuel Adebayor ailəsiylə bağlı sirləri açdı
 
“Tottenhem” klubunun hücumçusu Emmanuel Adebayorun ailə üzvləri ilə arasında gedən çəkişmələr səngimək bilmir.
 
Sportal.az xəbər verir ki, toqolu futbolçunun ailəsiylə bağlı bəzi qaranlıq qalan sirlərin üstünü açıqlayıb. Xüsusilə də, Emmanuel qardaşı Rotim Adebayorun həyatı barəsində danışıb:
 
“13 yaşında qardaşım Rotim özünü yaxşı apara bilmirdi. Valideynlərim onu uzaq kəndlərdən birinə yolladılar. Elə ki, mən futbolda yaxşı pullar qazanmağa başladım, hər şey dəyişdi. Toqoda istirahətdə olanda xəbər aldım ki, qardaşımın kənddə vəziyyəti yaxşı deyil. Onu şəhərə gətirib təhsil almaq üçün məktəbə yazdırdım. Lakin yenə də qardaşım məktəbdə özünü yaxşı aparmadı və təhsil almağın arxasınca getmədi.  
 
Fransanın “Mets” klubunda ayıma 15 min avro maaş alırdım. Onda yığdığım pulla anama 45 min avro dəyərində zinət əşyası aldım. Anama hədiyyə etdiyim zinət  əşyalarını qardaşım evdən oğurlayıb 800 avroya satmışdı. Bunu anam biləndə, bərk əsəbləşdi. Bütün bunlara baxmayaraq, Rotim qardaşım olduğu üçün mən onu bağışladım. Onun indi mənə qarşı çıxmağını təəssüf edirəm”.             

Xəbər xətti