Ronaldonun 7 milyon yardım etməsi xəbəri yalan çıxdı

19:07 - 14 May 2015

"Bununla bağlı heç bir sübut yoxdur"
 
"Save The Children" humanitar təşkilatı "Real"ın hücumçusu Kriştiano Ronaldonun Nepalda baş verən zəlzələ qurbanlarına 7 milyon avro bağışlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.
 
Sportal.az xəbər verir ki,  təşkilat məsələ ilə bağlı bəyanat yayıb.
 
 "Ronaldonun zəlzələ qurbanlarına 7 milyon avroluq yardım etməsi ilə bağlı heç bir sübut yoxdur". Bununla belə, "Save The Children" təşkilatı Nepalda baş verən zəlzələ qurbanlarına mənəvi dəstək verdikləri üçün Ronaldo və digər tanınmış şəxslərə təşəkkür edib.
 
Qeyd edək ki, daha öncə mətbuatda Ronaldonun 7500 insanın həlak olduğu zəlzələdən sonra "Save The Children" təşkilatının fonduna 7 milyon avro bağışlaması ilə bağlı xəbərlər yazılmışdı.

Xəbər xətti