Dünyanın ən yaxşı 10 baş məşqçisi: Mourinyo siyahıda sonuncudur

02:26 - 19 May 2015

İlk "3-lük"də La Liqada çalışanlar yer alır
 
"Coachworldranking" saytı dünyanın ən yaxşı məşqçilərinin yeni siyahısını təqdim edib.
 
Sportal.az xəbər verir ki, ilk sırada "Barselona"nın baş məşqçisi Luis Enrike qərarlaşıb. Kataloniya klubu onun rəhbərliyi altında artıq İspaniya çempionu olub, həmçinin Çempionlar Liqasının və İspaniya Kubokunun finalına yüksəlib.
 
İkinci yerdə Madrid "Real"ını çalışdıran Karlo Ançelottidir. İlk üçlüyü "Sevilya"nın baş məşqçisi Unai Emeri tamamlayır. 
 
İlk onluq belədir:
 
1. Luis Enrike ("Barselona") - 16 754 xal
 
2. Karlo Ançelotti ("Real") - 15 894
 
3. Unai Emeri ("Sevilya") - 13 023
 
4. Xosep Qvardiola ("Bavariya") - 12 579
 
5. Dieqo Simeone ("Atletiko") - 11 132
 
6. Diter Hekinq ("Volfsburq") - 10 595
 
7. Massimiliano Alleqri ("Yuventus") - 10 211
 
8. Arsen Venger ("Arsenal") - 9798
 
9. Xulen Lopetegi ("Portu") - 9730
 
10. Joze Mourinyo ("Çelsi") - 9621

Xəbər xətti