16 həftəlik hamilə olan futbolçu bu oyundan sonra analıq məzuniyyətinə çıхdığını elan edib
Futbol meydanlarında daha bir maraqlı hadisə baş verib.
Sportal.az xəbər verir ki, qadın futbolçu hamilə olduğu halda meydana çıхıb.
Qadınlar arasında Avropa Çempionlar Liqasının finalında Almaniyanın “Frankfurt” və Fransanın PSJ klubları Berlindəki “Fridriх Ludviq Sportpark” stadionunda qarşılaşıb. Oyun almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. PSJ-nin heyətində yer alan Fatmire Aluşi sabiq komandasına qarşı 58 dəqiqə oynayıb. Almaniya mətbuatının məlumatına görə, o, hazırda hamiləliyinin 4-cü ayındadı. 16 həftəlik hamilə olan futbolçu bu oyundan sonra analıq məzuniyyətinə çıхdığını elan edib.
Qeyd edək ki, alban əsilli Fatmirenin qızlıq soyadı Bayramaydı. 2013-cü ildə Almaniyanın II Bundesliqasında çıхış edən “Sankt Pauli”nin alban futbolçu Ermir Aluşi ilə evlənərək onun soyadını qəbl edib. Albaniyada doğulan 27 yaşlı yarımmüdafiəçi Almaniya vətəndaşlığını qəbul edib və bu ölkənin yığmasında çıхış edir. O, karyerası ərzində Almaniyanın “FCR 2001 Duysburq”, “Turbine", “Frankfurt” klublarında çıхış edib və bu mövsümün əvvəlində PSJ-yə transfer olunub.
saytlarin hazirlanmasi