İngiltərə mətbuatında gündəm yaradan xəbər
"Mançester Yunayted"in futbolçusu Ueyn Runinin böyük oğlu Kay "Qalatasaray" forması ilə görünüb.
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatında Runi ilə bağlı maraqlı fotolar yayılıb. Ulduz futbolçunun həyat yoldaşı Kulin Runi kiçik oğlu Klayın iki yaşını qeyd etdiyi restorandan çıxarkən jurnalistlər tərəfindən görüntülənib. Maraqlısı odur ki, böyük oğlunun üzərində "Qalatasaray" forması olub. Həmin fotoları təqdim edirik:
saytlarin hazirlanmasi