Xanım azarkeş formanı zorla aldı, sonra da satışa çıxardı VİDEO

02:25 - 27 May 2015

Xanım azarkeş formanın ilkin qiymətini açıqladı
 
İngiltərə Premyer Liqasına vəsiqə qazanmaq uğurunda   “Preston” və “Suondon” komandaları arasında pley-off matçı keçirilib.
 
Sportal.az xəbər verir ki, “Uembli” arenasında baş tutan oyunda “Preston” rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
 
Bu görüşdə het-tirk edən hücumçu Cermeyn Bekford “Preston”un qələbəsində böyük rol oynayıb. Lakin oyunda ən maraqlı hadisə tribunada baş verib.
 
Belə ki, oyunun gedişində əvəzlənən Bekford formasını tribunada olan 8 yaşlı uşaqa hədiyyə edib. Həmin an bir xanım azarkeş formanı onun əlindən  alıb. Uşaqın valideynləri məsələyə müdaxilə etsə də, xanım sonda formanı özündə saxlayıb.
 
Hazırda Benkfordun formasını satışa çıxaran xanım ona ilkin olaraq 1200 funt sterlinq qiymət qoyub.           
 

 

Xəbər xətti