"Çelsi"nin müdafiəçisi hakimə sarı vərəqə göstərdi VİDEO
02:20 - 1 İyun 2015
Sezar Aspilikueta taylandlı referiylə "ilişdi"
İngiltərə çempionu “Çelsi” Taylandda komersiya xarakteri daşıyan oyun keçirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi Taylandın uludzlardan ibarət komandasıyla yoldaşlıq oyununa çıxıb.
Dominik Solonkenin vurduğu qolla “zadəganlar” rəqibini 1:0 hesabı ilə üstələyib. Matçın ən maraqlı hadisəsi oyunu idarə edən hakimlərlə bağlı olub. Belə ki, ədalət təmsilçiləri “Çelsi”nin belçikalı ulduzu Eden Hazardla şəkil çəkdirən zaman isapniyalı müdafiəçi Sezar Aspilikueta taylandlı referinin cibindən sarı vərəqəni çıxarararaq birbaşa hakimə göstərib.