"Qarabağ" və "Neftçi" veteranları "sülh" bağladı VİDEO

02:50 - 3 İyun 2015

1996-cı ildəki ölkə kubokunun finalı təkrarlandı
 
Azərbaycan ölkə kubokunun final qarşılaşmasından bir gün əvvəl "Qarabağ” və "Neftçi”nin veteran futbolçuları arasında görüş keçirilib.
 
Sportal.az xəbər verir ki, Qəbələdə baş tutan görüş 1996-cı ildəki ölkə kubokunun finalının təkrarı olub. 19 il öncə "Neftçi” 3:0 hesabıyla qalib gəlsə də, bu dəfə veteranlar “sülh”lə meydandan ayrılıblar. 
 
Hər biri 25 dəqiqədən ibarət iki hissəli matçın 39-cu dəqiqəsində Xaqani Məmmədov "Neftçi"ni hesabda irəli çıxarsa da, son saniyələrdə Kənar Kərimov bərabərlik qolunu vurub – 1:1.
Komandalar bu heyətlə çıxış edib:
 
"Qarabağ”: 1. Cəmaləddin Əliyev, 2. Səttar Əliyev, 3. Elşad Əhmədov, 4. Tərlan Əhmədov, 5. Elşad Xudadatov, 6. Təbriz Həsənov, 7. Elmir Xankişiyev, 8. Yaşar Hüseynov, 9. Kənan Kərimov, 10. Müşfiq Hüseynov, 11. Nazim Əliyev, 14. Mahir Əliyev, 15. Zaur Qarayev, 16. Vadar Nuriyev, 17. Emin Salmanov, 18. Aslan Kərimov, 20. Mehman Alışanov.
Baş məşqçi: Ağasəlim Mircavadov
 
"Neftçi”: 1. Elxan Həsənov, 2. Arif Əsədov, 3. Mehman Yunusov, 4. Rasim Abuşov, 5. Mais Əzimov, 6. Fizuli Məmmədov, 8. Yaşar Vahabzadə, 9. Xaqani Məmmədov, 10. İlham Məmmədov, 11. Samir Ələkbərov, 13. İlham Yadullayev, 17. Aydın Ələkbərov, 18. Vidadi Rzayev, 20. Əli Abuşov,  21. Bəxtiyar Musayev.
Baş məşqçi: Böyükağa Ağayev
 
 

Xəbər xətti