Seneqallı hücumçu sevgilisini aldatdı, voleybolçu qızla evləndi

01:15 - 5 İyun 2015

“Nyukals”ın hücumçusu subaylığın daşını atdı  
 
“Nyukasl”ın hücumçusu Papiss Sisse subaylığın daşını atıb.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı seneqallı futbolçu vaxtını “Nyukasl”ın sabiq xanım azarkeşi Reyçell Qrehemlə keçirsə də, sonda voleybolçu qızla ailə həyatı qurub.
 
Maraqlısı odur ki, ötən bazar günü Reyçellə görüşən Sisse sevgilisnə bir aylıq vətəninə istirahət etməyə getdiyini deyib. Halbuki seneqallı forvard ölkəsinə deyil, Parisə üz tutaraq orada voleybolçu Diallo Avoyla nigah masasına əyləşib. Sissenin başqa xanımla evləndiyini mətbuatdan xəbər tutan Reyçel Qrehem belə deyib:
 
“O, mənə vətəninə yollandığını dedi. Sisse başqa xanımla ailə quracağını desəydi, hardasa bu mənə pis etsədə qəbul edərdim. Lakin məni aldadıb, sonra başqasıyla evlənməyi heç vaxt ona bağışlamaram”.   
      

Xəbər xətti