"Milan"ın futbolçusu qarət olundu

19:25 - 6 İyun 2015

Cinayətkarlar hücumçuya 100 min ziyan vurdu 
 
“Milan” klubunun aparıcı üzvü Alessio Çerçi qarət olunub.
 
Sportal.az xəbər verir ki, Romada istirahət edən “rossonerilər”in hücumçusunun “Porşe” avtomobilindən 100 min avro oğurlanıb.
 
Belə ki, həyat yoldaşıyla gəzintiyə çıxan futbolçu geri qayıdanda maşının şüşələrinin qırıldığını və yük yerinin açıldığını görüb. Son məlumata görə, cinayətkarlar avtomobildən zinət əşyaları və bahalı geyimlər götürüb. Hadisə yerində baxış keçirən polislər oğruların izinə düşmək üçün axtarışlara başlayıb.     

Xəbər xətti