"Mavi" deyən futbolçunu hakim meydandan uzaqlaşdırdı

02:35 - 10 İyun 2015

Simen Juklerod səhvini başa düşdü  
 
Norveçin ikinci divizonunda “Sannes Ulf” – “Berum” qarşılaşmasında qalmaqal yaşanıb.
 
Sportal.az xəbər verir ki, “Berum”un yarımmüdafiəçisi Simen Juklerod rəqib futbolçuya “mavi” deyib.
 
Həmin epizoda yaxın olan hakim Simenə birbaşa qırmızı vərəqə göstərib. Məhz meydanda azlıqda qalan qonaqlar “Sannes Ulf”a 3:2 hesabı ilə məğlub olub. Simen oyundan sonra rəqib futbolçunu təhqir etdiyini etiraf edib:
 
“Həmin sözü düşünmədən dedim. Başa düşürəm ki, düzgün etmədim. Lakin hakimin də qırmızı vərəqə verməsi ağır qərardı. Hardasa xəbərdarlıq edib, sarı vərəqə göstərə bilərdi”.                  

Xəbər xətti