Antonio Kassano vergidən yayınıb

02:50 - 10 İyun 2015

İtaliyalı hücumçunun 3 milyon borcu var  
 
Son mövsümü “Parma” klubunda keçirən Antonio Kassano vergidən yayındığına görə ittiham olunur.
 
Sportal.az xəbər verir ki, 2006-cı ildə “Real”da çıxış etmiş italiyalı hücumçu vergidən yayınıb.
 
Mühafizə orqanlarının araşdırma apararkən futbolçunun vergiyə 3 milyon avro borcu olduğunu üzə çıxarıb. “Parma” klubunda maaş almayan və azad agent statusu olan futbolçu hər hansı komandaya keçəcəyi təqdirdə əvvəl vergi borcunu bağlamaq məcburiyyətində qalacaq. 

Xəbər xətti