İngiltərə millisinin sabiq üzvü etiraf etdi
İngiltərə millisinin sabiq üzvü Pol Qaskoyn maraqlı açıqlaması ilə diqqət çəkib.
Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu 1988-ci ildə “Nyukasl”dan niyə “Tottenhem”ə keçdiyini açıqlayıb.
Halbiki, həmin vaxt Pol Qaskoyn “Mançester Yunayted”dən təklif alıb. Futbolçu açıqlamasında bunu belə izah edib:
“Mançester Yunayted”ə niyə keçmədim? Həmin vaxt “Tottenhem” turnir cədvəlində daha irəlidə idi. Digər yandan onların şərtləri məni qane etdi. Onda “Tottenhem” mənə ev aldı, bacımı isə istirahətə göndərdi. Belədə mən “Mançester Yuneyted”i deyil, “Tottenhem”i seçdim. Onda mən qızıl medal və ev qazandım bacım isə yaxşı istirahət”.
saytlarin hazirlanmasi