"Aston Villa"nın futbolçusu sərxoş yaxalandı

01:26 - 16 İyun 2015

Klub rəhbərliyi Cek Qrilişini cəzalandıracaq
 
“Aston Villa” klubunun üzvü Cek Qrilişin sərxoş vəziyyətdə yaxalanması böyük əks-səda doğurub.
 
Sportal.az xəbər verir ki, Tenerifedə istirahət edən irlandiyalı yarımmüdafiəçi sərxoş vəziyyətdə yaxalanıb.
 
19 yaşlı futbolçu o qədər içkili olub ki, küçədəki asvaltı evdəki yataqla səhv salıb. Qrilişin səhər ayılanda küçədə uzandığını və siqaret qutusunun başı üzərində görəndə təəccüblənib. Futbolçuyla bağlı yayılan xəbərlər klub rəsmilərini də məyu edib. “Aston Villa” rəhbərliyi etdiyi hərəkətə görə irlandiyalı futbolçunu cəza verəcəyini bəyan edib.         

Xəbər xətti