Futbolda ən ədalətli hadisə 11 yaşlı futbolçuların oyununda yaşandı VİDEO

17:17 - 17 İyun 2015

Boş qapıya vura bilmədi, meydanı tərk etdi, amma...

 

Türkiyədə 11 yaşlı futbolçular arasında keçirilən İzmir Kubokunun yarımfinal matçında keçirilən "Korriku" - "Bursaspor" matçında maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, meydan sahibləri qol vurduqdan sonra sevinclərini bölüşərkən oyunun hakimi oyunu başladıb və rəqib futbolçular da hesabı bərabərləşdiriblər. Lakin qonaqların baş məşqçisi "fair-play"ə uyğun olaraq futbolçularına göstəriş  verib ki, rəqibin yenidən qol vurmasına mane olmasınlar. Lakin hadisəni daha maraqlı edən hadisə isə, bu zaman "Korriku"nun futbolçusunun topu boş qapıya vura bilməməsi və əsəbiləşərək meyfdanı tərk etməsi olub.

 

Qeyd edək ki, "Bursaspor"un baş məşqçisi rəqibə 2-ci şansı verərək qol vurmaqlarına şərait yaradıb. Dünya futbolunda nadir görünən hadisə ilə sizi tanış edirik:

 

Xəbər xətti