Çili yığmasının üzvü etdiyi hərəkətdən peşman olub
Çili yığmasının və “Yuventus” klubunun yarımmüdfiəçisi Arturo Vidal avtomobil qəzasına uğrayıb.
Sportal.az xəbər verir ki, barda əylənən futbolçu içkili halda maşın idarə edib. Ailəsiylə qəzaya uğrayan futbolçu sükan arxasına içkili oturduğuna peşman olub.
Hadisə yerində ciddi xəsarət alan olmasa da, Vidal etdiyi hərəkətə görə ölkəsindən və komanda yoldaşlarından üzr istəyib:
“Əvvəl ölkəmdən və komanda yoldaşlarımdan üzr istəyirəm. Dünən kazinoda spirtli içki qəbul etdim. Hardasa içkinin təsirindən maşını sürətlə idarə edib qəza törətdim. Belədə həm ailəmin həm də başqalarının həyatını təhlükə altına atdım. Buna görə çox peşmanam və utandığımdan nə deyəcyimi bilmirəm. Səhvimi başa düşürəm və bir daha belə hərəkətə yol verməyəcəyimə söz verirəm”.
saytlarin hazirlanmasi