Futbolçu bir yumruq zərbəsiylə hakimi belə xəstəxanalıq etdi VİDEO
01:32 - 18 İyun 2015
Referi Ronkolyaya sarı vərəqə verməsinə peşman oldu
Argentinanın aşağı liqasında xoşagəlməz hadisə baş verib.
Sportal.az xəbər verir ki, “Tiro Federal” – “Talleres” qarşılaşmasında qalmaqal yaşanıb.
“Tiro Federal” klubunun müdafiəçisi Alexandro Ronkalya hakim Arnaldo Beronanı yumruq zərbəsiylə xəstəxanalıq edib. Qalmaqalın baş verməsinə səbəb referinin futbolçuya sarı vərəqə göstərməsi olub. Belə ki, hakimə hücum çəkən Ronkalya ədalət təmsilçisinı yumruq atıb.
Həmin zərbədən sonra huşunu itirən referiyə 15 dəqiqə meydanda tibbi yardım göstərilib. Lakin hakimin vəziyyətinin ağır olduğunu görən tərəflər onu xəstəxanaya aparıb. Berona xəstəxanada müalicə aldıqdan sonra evə buraxılsa da, yenidən səhhəti pisləşərək geri dönüb.