Qeyri-adi transfer

14:07 - 1 İyul 2015

Bir neçə gün ərzində iki klub dəyişib

 

İtaliya futbolunda maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, bir futbolçu bir neçə gün ərzində iki klub dəyişib. Söhbət ötən mövsüm "Cenoa"da iştirak edən Andrea Bertolaççidən gedir.

 

Bir müddət əvvəl Genua təmsilçisindən "Roma"ya 8,5 milyon avroya transfer edilən yarımmüdafiəçi bu gün 20 milyon avro müqabilində "Milan"a satılıb. Maraqlı məqam odu ki, futbolçu "Canavarlar"ın heyətində heç bir məşqə də çıxmayıb. "Rossonyerlər" isə futbolçunu rəsmi şəkildə təqdim edib.

Xəbər xətti