"Qəbələ" argentinalı forvardın transferini rəsmən açıqladı

00:01 - 1 Sentyabr 2015

1 illik icarə əsasında
 
"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “transfer pəncərəsi”nin son günündə ikinci hücumçu ilə anlaşan komanda Vaqif Cavadovun ardından Fakundo Abel Pereyranı da heyətinə qatıb.  
 
28 yaşlı argentinalı hücumçu 2014-cü ildən Yunanıstanın PAOK klubunun üzvüdür. “Qəbələ” icarə əsasında heyətinə qatdığı Pereyra ilə 1 illik anlaşıb. 
 
Cənubi amerikalı Saloniki təmsilçisinə keçənədək vətənində “Estudiantes” (2006-2011), “Ximnasiya” (2012-2014, icarə əsasında), Çilidə “Palestino” (2009, icarə əsasında), “Audaks İtaliano” (2011-2012), Meksikada “San Luis” (2012-2014) klublarında çıxış edib.

Xəbər xətti