"Qəbələ" Ukraynaya yollandı

19:25 - 1 Sentyabr 2015

Komanda 6 gün toplanış keçəcək
 
"Qəbələ" AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədə hazırlıqlarını ölkə xaricində davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası bu gün səhər saatlarında Ukraynaya yola düşüb. Qəbələ təmsilçisi Odessa şəhərində 6 gün hazırlıq keçəcək.
 
"Qəbələ" Ukrayna toplanışı çərçivəsində "Çernomorets"lə yoxlama oyunu keçirməyi planlaşdırır. Qarşılaşma sentyabrın 6-da keçiriləcək.

Xəbər xətti