"Qəbələ" Cavid Hüseynovla bağlı məsələyə aydınlıq gətirdi

11:03 - 4 Sentyabr 2015

"Futbolçu azadlığa buraxılsa..."

 

"Qəbələ" futbol klubu Cavid Hüseynovun adının UEFA-ya sifariş olunmasının ardındna yaranmış çoxsaylı suallara cavab olaraq xəbər yayıb.

 

Sportal.az həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırır:

 

"Qəbələ" İdman Klubu Cavid Hüseynovun adının Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salınmasıyla bağlı yaranan çoxsaylı suallara cavab olaraq bildirir ki, adıçəkilən futbolçumuz barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri noyabrın əvvəlində başa çatır. Qrup oyunları isə dekabr ayının ortalarınadək davam edəcək. Əgər istintaq nəticəsində Cavid Hüseynovun günahsızlığı təsdiq edilsə və futbolçu azadlığa buraxılsa, o qrup oyunlarında iştirak etmək şansı qazanacaq. Məhz bu ehtimal nəzərə alınaraq Cavid Hüseynovun adı iştirak ərizəsinə salınıb.

 

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsi üçün təqdim olunan iştirak ərizəsinə sonradan əlavələr etmək mümkün deyil.

Xəbər xətti