Dmitri Bezotosnı: “Onlar Premyer Liqada qalmağn öhdəsindən gələ bilərlər”
“Yenidən Odessada, belə azarkeşlər qarşısında meydana çıxmaq xoş idi. Hesab edirəm ki, yaxşı oyun alındı”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı deyib.
Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlığın son günündə yerli “Çernomorets” klubu ilə yoxlama oyunu (2:0) keçirib. Oyundan sonra ukraynalı qolkiper fikirlərini bölüşüb:
“Belə qarşılaşmanın azarkeşlərin də xoşuna gəldiyini düşünürəm. Yoxlama matçını bu qədər tamaşaçının izləməsi yaxşıdır. Açığı qarşılaşmada 2-3 min tamaşaçı olacağını gözləyirdim. Amma tribunalara 5 mindən artıq azarkeş gəlmişdi. “Çernomorets” gənclərdən təşkil olunan yaxşı komandadır. Onlar Premyer Liqada qalmaq üçün mübarizə aparıb, bunun öhdəsindən gələ bilərlər”
saytlarin hazirlanmasi