Toplanışı başa vurdu
Xəbər verdiyimiz kimi, “Qəbələ” dünən Ukraynada yerli “Çernomorets”lə yoxlama matçı keçirib və 2:0 hesabı ilə qələbə qazanıb.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” artıq sözügedən ölkədəki toplanışını başa vurub. Əyalət təmsilçisi Ukraynanı tərk edib.
Qeyd edək ki, “Qəbələ” növbəti matçına sentyabrın 13-də çıxacaq. Roman Qriqorçukun yetirmələri Bakıda AzərbaycanPremyer Liqası çərçivəsində baş tutacaq görüşdə “İnter”in qonağı olacaq.